Kiyevdə partlayış: ölən və xəsarət alanlar var

Kiyevdə partlayış: ölən və xəsarət alanlar var

Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada qaz partlayışı baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqramda bildirib.

O qeyd edib ki, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb:

“Partlayışın Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”.

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib. Fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.

Teqlər: