Kiyevdə komendant saatı tətbiq olunub

Kiyev şəhər meri fevralın 24-dən komendant saatı tətbiq
edib.

AzerTimes xəbər verir
ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, komendant saatı saat 22:00-dan 07:00-a kimi
qüvvədə olacaq.


“Bu, məcburi addımdır, lakin hərbi vəziyyətin hökm sürdüyü
indiki şəraitdə paytaxtın təhlükəsizliyi üçün zəruridir”, – mer
qeyd edib.