Kiyev üzərində UNO-lar aşkarlandı

Kiyev üzərində UNO-lar aşkarlandı

Ukrayna Milli Elmlər Akademiyasının Baş Astronomiya Rəsədxanasının alimləri iddia edirlər ki, onlar dəfələrlə Kiyev səmasında naməlum uçan obyektlər (UNO) görüblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Tədqiqatçılar Kiyevdə və Vinarovka kəndində yerləşən meteor müşahidə stansiyasından istifadə edərək UNO-ları müşahidə ediblər. Alimlərin fikrincə, Kiyev üzərində obyektlərin ölçüləri 3-12 metr, sürəti isə 15 km/s-yə qədər olub. Onlar UNO-ları müəyyən etmək üçün xüsusi müşahidə texnikası hazırlayıblar. Bu UNO-lar iki cürdür: kosmik və fantom. Son dərəcə sürətli olan bu obyektlərin görüntülərini qeydə almaq demək olar ki, mümkünsüzdür. Bəzən UNO-lar qrup halında hərəkət edirlər. Adi foto və video çəkilişlər onları qeydə ala bilmir. Onları aşkar etmək üçün avadanlıqların incə tənzimlənməsi tələb olunur”, – məlumatda qeyd olunub.

Teqlər: