Kiyev uduzsa da, Moskva dayanmayacaq – Yakovenko

Kiyev uduzsa da, Moskva dayanmayacaq – Yakovenko

Rusiya Prezidenti Vladimir Putin dünya haqqında düzgün təsəvvürdə olmadığı üçün Ukraynaya qarşı müharibəyə başladı. Kreml rəhbəri Qərbin Kiyevə kömək etməyəcəyini gözləyirdi.

AzerTimes xəbər verir ki, bunu rusiyalı jurnalist İqor Yakovenko deyib.

“Putinin ətrafdakı reallıq haqqında çox zəif təsəvvürü var. Ən azından onun Ukraynaya hücumu bunu deməyə əsas verir. O, nə etdiyini, Ukraynanın necə bir ölkə olduğunu, Avropa və ya ABŞ-ın mövcud gücünü tam olaraq anlamır. Putin reallıqla heç bir əlaqəsi olmayan dünyadadır. He, bir halda o, Ukraynanı fəth edə bilməzdi. Yardım olmasaydı belə Kiyev uzun partizan müharibəsi aparacaqdı. Yəni təsəvvür etmək olmur ki, Avropanın mərkəzində böyük bir ölkə ələ keçirilir. Kiyev müharibədə uduzsa da Moskva öz hücumunu dayandırmayacaq. Hamı başa düşür ki, əgər Ukrayna müqavimət göstərməsə, Putin başqa ölkələrə keçəcək. Yəni Qərb də Ukraynaya yardımı sadəcə xeyriyyəçilikdən etmir”, – Yakovenko bildirib.

Teqlər: