Kiyev sakinləri ildırımı raket zərbəsi zənn etdilər – Video

Kiyev sakinləri ildırımı raket zərbəsi zənn etdilər – Video

Ukraynanın Kiyev vilayətinin Fastovksi rayonunda yaşayış evlərindən birinin üzərinə ildırım düşüb.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində evdə yanğın baş verib.

Bildirilib ki, yanğınsöndürənlər hazırda yanğını söndürməyə çalışır.

Qeyd edilir ki, şəhərdə güclü şimşək çaxması əhalini qorxuya salıb. Belə ki, sakinlər göy gurultusunun raket zərbəsi olduğunu zənn ediblər.

Teqlər: