Kiyev gecikmənin əvəzini belə ödəyəcək…

Kiyev gecikmənin əvəzini belə ödəyəcək…

Vaşinqtonun dəstəyi Ukrayna Silahlı Qüvvələrinin qaçılmaz məğlubiyyətini yalnız müvəqqəti olaraq gecikdirir və Kiyevin sonda ödəyəcəyi qiyməti artırır.

AzerTimes xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis özünün Yutub kanalında bildirib.

“Əgər Konqres bu 60 milyard dolları ayırsa, Ukraynanın dağılmasının dəyəri, eləcə də onun sonda Rusiyaya verməli olacağı ərazinin həcmi artacaq. Bu, başqa cür alınmayacaq. Kiyev gecikmənin əvəzini öldürülmüş hərbçilərin, dağıdılan şəhərlərin, itirilmiş torpaqların sayına görə qiyməti artırmaqla ödəməli olacaq. Rusiya hərbçilərin sayı, silah və sursat baxımından böyükdür, həmçinin yüksək təchizat və imkanlara malikdir. Ukraynada bunların heç biri yoxdur. Ukrayna hər bənddə uduzur”, – o bildirib.

Teqlər: