Kiyev əhalisi evakuasiya oluna bilər – Kliçko

Kiyev əhalisi evakuasiya oluna bilər – Kliçko

Bəzi insanlar qış mövsümü üçün Kiyevdən paytaxtın ətraf ərazilərinə köçürülə bilər. Amma tammiqyaslı evakuasiyadan söhbət getmir.

AzerTimes xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

“Əgər sizin bəzilərinizin Kiyevətrafı qəsəbələrdə soba, istilik və su ilə təchiz edilmiş evi olan tanışlarınız və ya dostlarınız varsa, o zaman orada müvəqqəti qalmağa ümid etmək yaxşı olardı”, – deyə Kliçko əlavə edib.

Eyni zamanda, Kliçko Kiyev sakinlərinin təxliyəsinin əleyhinədir, lakin müəyyən kateqoriyadan olan insanların müvəqqəti olaraq paytaxtın ətraf ərazilərinə köçürülməsini istisna etmir.

“Rusların əsas məqsədi var – bizim çamadanlarımızı götürüb harasa Qərbə getmək və ölkəni tərk etməkdir. Onlara biz yox, ərazi lazımdır. Gözləməsinlər. İndi evakuasiyadan danışmırıq, lakin bəzi insanların Kiyevətrafı ərazilərə: uşaq evlərinə, qocalar evlərinə köçə bilməsi ehtimalını nəzərdən keçiririk. Bunu təxliyə adlandırmaq olmaz, amma əhalinin bəzi qruplarının müvəqqəti köçürülməsini nəzərdən keçiririk”, – Kliçko əlavə edib.

Teqlər: