Kaladzedən Prezidentə: Dediklərinin heç bir əsası yoxdur!

Kaladzedən Prezidentə: Dediklərinin heç bir əsası yoxdur!

Hökumətin bütün qolları 12 bəndlik planı yerinə yetirmək üçün lazım olan hər şeyi edəcək, lakin bundan sonra statusun verilməsi ilə bağlı hansı qərarın veriləcəyi bizdən asılı deyil.

AzerTimes xəbər verir ki, bunu “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze prezidentin 12 bəndlik planla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hökumət Gürcüstanın namizəd statusu alması üçün vacib olan 12 bəndlik planı tez bir zamanda həyata keçirə bilmək üçün hər şeyi edir:

“Biz bilirik ki, bu, kimdən asılıdır və Gürcüstana namizəd statusu verilməyəndə hansı siyasi qərarın qəbul edildiyini də xatırlayırıq. Bunun heç bir izahı yox idi. Bütün bunlara baxmayaraq hər şey bizim tərəfimizdən ediləcək”.

Eyni zamanda, Kaladze prezidentin 12 bəndlik planın icrası ilə bağlı hakimiyyəti tənqid etməsinə cavab verib və bunun üçün heç bir əsasın olmadığını bildirib.

Teqlər: