Kiyev bu əraziyə hücum edə bilər – Qərb narahatdır

Kiyev bu əraziyə hücum edə bilər – Qərb narahatdır

Ukrayna Silahlı Qüvvələrinin Krıma hücum cəhdləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə onun qərbli həmkarları arasında münasibətləri poza bilər.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” jurnalı məlumat yayıb.

Nəşr vurğulayır ki, Ukrayna bu təhlükəyə baxmayaraq, hazırda Krımda hücum əməliyyatını istisna etmir:

“Kiyevə Krımı və Donbası geri qaytarmaq asan olmayacaq. Qərb Ukrayna Silahlı Qüvvələrinin Krıma hücum edəcəyi təqdirdə münaqişənin genişlənməsindən və buna cavab olaraq Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən ehtiyatlanır”.

Teqlər: