“Kitabi-Dədə Qorqud” Daşkənddə təqdim edildi

“Kitabi-Dədə Qorqud” Daşkənddə təqdim edildi

Qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mirzə Uluqbəy adına Milli Universitetdə özbək dilinə uyğunlaşdırılmış “Kitabi-Dədə Qorqud” dastanının (“Kıtobı-Dada Qo‘rqut” dostonı) təqdimat mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türk dünyasının ortaq dəyərlərinə, türk milli mədəni miraslarına Özbəkistanda artan diqqəti təqdirlə qeyd edərək, “Kitabi-Dədə Qorqud” dastanının özbəkcəyə çevrilməsinin çox dəyərli hadisə olduğunu vurğulayıb.

Q.Paşayeva türk xalqlarının “Kitabi-Dədə Qorqud” dastanında əks olunan mədəniyyət iqlimindən, tarixi coğrafiyasından söz açıb.

Təqdimatda “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ndə iştirak edən Azərbaycan nümayəndə heyəti və Daşkənddən olan aydınlar, Özbəkistan Milli Universitetinin müəllim-professorları, tələbələr iştirak edib.

Teqlər: