Keçmiş dövlət katibi Henri Kissincer Rusiya və Ukrayna böhranı ilə bağlı ABŞ Prezidenti Co Baydendən daha realist çıxış edir.
AzerTimes xəbər verir ki, bunu “Causeur” nəşrinin yazarı Harold Hayman deyib.
“Kissincer Ukraynanı istənilən Rusiya prezidenti üçün xüsusi hal adlandırıb və deyib ki, ABŞ Ukraynanı Rusiyanın təsir zonası kimi tanımadan Moskva-Vaşinqton dialoqu mümkün deyil və Kiyev neytral qalmalıdır.
Keçmiş dövlət katibi Baydendən daha real mövqeyi ilə seçilir. ABŞ-ın indiki lideri isə Rusiya Prezidenti Vladimir Putinə qarşı döyüşkən mövqe tutur”, – Hayman bildirib.