Kirmanda partlayış xəbəri məni şoka saldı – Szinpin

Kirmanda partlayış xəbəri məni şoka saldı – Szinpin

Çin Prezidenti Si Szinpin İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“Kirmanda partlayış xəbəri məni şoka saldı. Çin hökuməti və xalqı adından bu hadisənin qurbanlarının ailəsinə başsağlığı verirəm. Çin terrorizmin bütün növlərinə qarşıdır və İranın milli təhlükəsizliyini, sabitliyini qorumaq səylərini qətiyyətlə dəstəkləyir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı baş verən iki partlayış nəticəsində 95 nəfər ölüb, 211 nəfər yaralanıb.

Teqlər: