Rusiyanın xalq artisti Filipp Kirkorov “Ginnesin rekordları kitabı”na düşüb.
Ölkə şou biznesinin pop-kralı buna yubiley konsertinə görə layiq görülüb. Belə ki, onun “Kreml” konsert salonunda keçirdiyi yubiley şousunu 60 min insan izləyib.
Konsertə zamanı 50 yaşı tamam olan müğənni qrim otağında sürprizlə üzləşib. Otağa daxil olan “Ginnesin rekordlar kitabı”nın Rusiya münayəndələri müğənninin yubiley marafonunun unikal olması haqda məlumat verməklə yanaşı, ona bu haqda sertifikat da təqdim ediblər.
Qeyd edək ki, Filipp Kirkorov 1 ildir ki, “Я” adlı şousu dünya turnesinə çıxıb.