2023-cü il sentyabrın 3-dən Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığı general-mayor Kulakov Kirill Denisoviçə həvalə edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.