Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanıldı

Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanıldı

Bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AzerTimes-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: