Kirbidən Lavrova: Bu qırıcıları verəcəyik!

Kirbidən Lavrova: Bu qırıcıları verəcəyik!

Sergey Lavrova tövsiyəm odur ki, Rusiya qoşunlarını Ukraynadan çıxarsın!

AzerTimes xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Nazir Lavrova demək istədiyim ilk şey odur ki, əgər siz Ukraynanın hərbi potensialından narahatsınızsa, o zaman qoşunlarınızı geri çəkib Ukraynanı tərk etməlisiniz”, – o bildirib.

Kirbi qeyd edib ki, F-16-lar Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarının bir hissəsi kimi təmin ediləcək.

Qeyd edək ki, Lavrov F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinin eskalasiyaya gətirib çıxaracağını, qırıcıların modifikasiyalarından birinin nüvə silahı daşımaq qabiliyyətinə malik olduğunu bildirib.

Teqlər: