Kirayə mənzil fonduna daha 233 mənzil əlavə olundu

Kirayə mənzil fonduna daha 233 mənzil əlavə olundu

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Abşeron rayonunda daha 233 tam təmirli mənzil əlavə edilib.

AzerTimes xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün avqustun 3-dən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3736 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), həmçinin “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

Teqlər: