Kiprin yeni müdafiə naziri bəlli oldu

Kiprin yeni müdafiə naziri bəlli oldu

Kipr Prezidenti Nikos Xristodulidis Nazirlər Kabinetinin tərkibində dəyişiklik edib.

AzerTimes xəbər verir ki, bu barədə Kipr hökumətinin rəsmisi Konstantinos Letimpiodis məlumat yayıb.

Məlumata görə, Vasilis Palmas ölkənin yeni müdafiə naziri təyin edilib. Palmas bu postda Mixalis Yorqallası əvəz edib.

Bundan başqa, Marios Xarçiotis yeni ədliyyə və ictimai asayiş naziri, Mariya Panayotu kənd təsərrüfatı, regional inkişaf və ətraf mühitin mühafizəsi naziri, Mixalis Damianos səhiyyə naziri təyin edilib.

Yeni təyinatlar yanvarın 10-da qüvvəyə minəcək.

Teqlər: