Kiprdə prezident seçkilərinin qalibi bəlli oldu

Kiprdə prezident seçkilərinin qalibi bəlli oldu

Kipr Respublikasında keçirilən prezident seçkilərində müstəqil namizəd Nikos Xristodulidis 51,91 faiz səslə qalib olub.

AzerTimes xəbər verir ki, bu barədə Kipr Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əsas müxalifət partiyası AKEL-in dəstəklədiyi digər müstəqil namizəd Andreas Mavroyannis isə 48,09 faiz səs toplamağı bacarıb.

Məlumata görə, seçici fəallığı 72,45 faiz təşkil edib.

Teqlər: