Kipr İsraildən “Dəmir Qübbə” alacaq

Kipr İsraildən “Dəmir Qübbə” alacaq

Kipr Respublikası İsraildən Dəmir Qübbə raket hücumundan müdafiə kompleksləri alacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti məlumat yayıb.

Məlumata görə, Kipr və İsrail artıq bununla bağlı razılaşmalar imzalayıblar.

Lakin Kiprin neçə RHM batareyası alacağı və komplekslərin adaya nə vaxt çatdırılacağı barədə məlumat verilmir.

Teqlər: