Kimyaterapiyada yenilik

Kimyaterapiyada yenilik

Xərçəng xəstəliklərinin müalicəsində istifadə olunan kimyaterapiyanın əsas yanaşı təsirlərindən biri saçların tökülməsidir.
Xəstələri – xüsusilə qadınları, bu çox narahat edir, bəzilər hətta depressiyaya düşürlər.

Bu problemi həll etmək üçün Beylor Tibb Kolecinin (ABŞ) alimləri xüsusi şlem hazırlayıblar. Şlem kimyaterapiya zamanı baş dərisini 17 C qədər soyudur ki, saç follikullarına qan axını azalır və nəticədə toksiki preparat bura az miqdarda daxil olur. Bu isə saçların tökülməsinin qarşısını alır.
Şlem süd vəzi xərçəngindən əziyyət çəkən və kimyaterapiya seanslarını alan 235 qadın üzərində test olunub. Bu qadınların yarısından çoxuna şlem kömək edib, onların saçları tökülməyib.
Digər eksperiment zamanı qadınlar 2 qrupa bölünüb. Bir qrupun üzvləri şlemdən istifadə edirdi, digər qrupun üzvləri isə istifadə etmirdi. Nəticədə 2-ci qrupda olan (şlemdən istifadə etməyən) bütün qadınların saçları tökülüb, 1-ci qrupda olan qadınların yarısında saçlar tökülməyib, yalnız nazilib.
Şlemin istifadəsinin bəzi mənfi tərəfləri də var – yüksək qiymət və pasiyentlərdə şlemdən istifadə zamanı baş ağrısı və diskomfort.
Nəhayət ki, kimyaterapiya saçların tökülməsinə səbəb olmayacaq.


Sonrakı xəbər