Kimya üzrə Nobel laureatlarının adları elan olundu

Kimya üzrə Nobel laureatlarının adları elan olundu

Nobel Komitəsi 2022-ci il Kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Nobel Komitəsi rəsmi Tvitter hesabında məlumat yayıb.

Məlumata görə, builki mükafatın qalibləri ABŞ-dan Karolin Rut Bertozzi və Karl Barri Şarpless, Danimarkadan isə Morten Meldal olub.

Qeyd edək ki, qaliblərin elan olunma mərasimi İsveçin Stokholm şəhərində yerləşən Kral Elmlər Akademiyasında keçirilir.

Teqlər: