Kimsə deyirdi ki, Avropa yuxuludur… – Zelenski

Kimsə deyirdi ki, Avropa yuxuludur… – Zelenski

Müharibə başlayandan Ukrayna xalqı öz müstəqilliyi uğrunda mübarizə aparır və ukraynalıların cəsarəti bütün dünyanı ruhlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Kimsə Avropanın artıq oyunçu olmadığını deyirdi. Zəif, parçalanmış, passiv, yuxuludur. Ukrayna bütün qitəni oyatdı. Avropa meydanlara çıxır. Avropa sərt sanksiyalar tətbiq edir. Avropa Ukraynanın Aİ-nin üzvü olacağını yekdilliklə qəbul edir”, – Zelenski bildirib.

Teqlər: