Kimlərə vaksin vurdurmaq tövsiyə edilmir?

Xəbər - Çingiz Səfərli – Trend:

Son protokollara görə uşaqlara, hamilə və süd verən qadınlara vaksin vurulmur.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib. Onun sözlərinə görə, xroniki böyrək xəstəliklərinin kəskin dövründə olanlara da vaksin vurdurmaq məsləhət görülmür:

“Məsələn, böyrək daşı sidik kanalına düşübsə, peyvəndin cavab reaksiyası yaxşı olmaz. Bu dövr 2 həftə, 10 gün çəkir. Bundan sonra rahat şəkildə vaksin vurdurmaq olar. Bundan əlavə, bəzi qan xəstəliyi olanlara da peyvənd vurulmur. Həmçinin təklif olunan vaksinlərin tərkibində olan maddələrə allergik reaksiyası olanlara da vaksin vurdurmaq tövsiyə edilmir. Ən önəmlisi yeni böyrək köçürülən xəstəyə 6 ay müddətində vaksin vurdurmaq olmaz”.

Twitter:@cingizsafarli

Teqlər: