Kim Çen İn ordunu kəndlərə göndərir

Kim Çen İn ordunu kəndlərə göndərir

Şimali Koreya lideri Kim Çen İn hərbçilərin bütün ölkə ərazisində tikinti obyektlərinə göndərilməsini tapşırıb.

AzerTimes xəbər verir ki, ölkə lideri bununla bağlı səkkizinci çağırış Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının geniş iclasında bildirib.

Müşavirədə kəndlərin abadlaşdırılması, yerli quruculuq işlərinin sürətləndirilməsi üçün ordunun fəaliyyət istiqamətləri və konkret tapşırıqları, eləcə də bu vəzifələrin icrası üçün əsgərlərin səfərbər edilməsi layihələri müəyyən edilib.

Kim Çen İn qeyd edib ki, dövlətin çiçəklənməsi üçün ordudan daha çox səy tələb olunur.

Teqlər: