Kim Çen: Cənubi Koreyanı məhv edərik!

Kim Çen: Cənubi Koreyanı məhv edərik!

Pxenyanla qarşıdurma siyasəti Seul üçün intihardır, hərbi təxribat olarsa, KXDR Koreya Respublikasını məhv etmək üçün bütün arsenalından istifadə edəcək.

AzerTimes xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.

“Cənubi Koreya xalqımıza qarşı hərbi güc tətbiq etməyə cəhd edərsə və ya suverenliyimizi və təhlükəsizliyimizi təhdid edərsə, onları tamamilə məhv etmək üçün mövcud vasitə və qüvvələrin tam arsenalından istifadə edəcəyik. Koreya Respublikasının hakim qanqsterləri KXDR ilə qarşıdurma kimi intihar siyasətinin yanlışlığını dərk edənə qədər respublikamız ədalətli mübarizə prinsiplərinə əsaslanan aşkar əməli hərəkətləri davam etdirəcək”, – o bildirib.

Teqlər: