Kim Çen buna qəzəblənəcək – Blumberq

Kim Çen buna qəzəblənəcək – Blumberq

ABŞ və Cənubi Koreyanın “Azadlıq Qalxanı” adlı birgə hərbi təlimləri Şimali Koreya lideri Kim Çen İni qəzəbləndirə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“ABŞ və Cənubi Koreya Kim Çen İnin qəzəbinə səbəb ola biləcək hərbi təlimlərə başlayır”, – nəşr yazıb.

Qeyd olunur ki, bazar ertəsindən martın 14-dək keçiriləcək “Azadlıq Qalxanı” nüvə əməliyyatlarına qarşı mübarizəni əsas götürməklə, quruda, dənizdə və havada təlimləri əhatə edir.

Bundan əlavə, ABŞ təlimlərdə iştirak etmək üçün təyyarədaşıyan qrupu və strateji bombardmançı təyyarələr göndərə bilər.

Teqlər: