Kılıçdaroğludan seçkilərin tarixi bağlı açıqlama

Kılıçdaroğludan seçkilərin tarixi bağlı açıqlama

Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilməsi bizim üçün problem deyil.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib.

“Seçkilərin keçirilmə tarixini mayın 14-nə təyin etmək istəyirlər. Bizim tərəfimizdən heç bir problem yoxdur. Yetər ki, söz millətin olsun. Millət İttifaqı da bunu istəyir”, – partiya sədri bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında seçkilərin mayın 14-də keçirilə biləcəyinə işarə etmişdi.

Teqlər: