Kılıçdaroğlu və Paşinyan eyni siyasətdədir – Satanovski

Kılıçdaroğlu və Paşinyan eyni siyasətdədir – Satanovski

Kılıçdaroğlu amerikapərəstdir, bəli. Paşinyan da amerikapərəstdir, amma ABŞ nə Ermənistanı, nə də Türkiyəni dolandıracaq.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.

“Kılıçdaroğlu artıq Rusiya ilə münasibətləri çətinləşdirməyə hazırlaşır, Paşinyan isə Rusiya ilə münasibətləri artıq mürəkkəbləşdirib. ABŞ-ın Ermənistanla Rusiya arasında münasibətlərin soyumasına, bəlkə də qırılmasına nail olduğu bir vəziyyət yaranıb, Türkiyə də Rusiyadan uzaqlaşsa, Ankara əldə etdiyi hər şeydən məhrum qalacaq. Bu, Türkiyə iqtisadiyyatına böyük zərbə olacaq və Türkiyə amerikalılardan heç nə almayacaq. Ermənistan da Rusiyadan əldə etdiyi hər şeyi itirəcək və Vaşinqton ona heç nə verməyəcək. Ola bilsin ki, Kılıçdaroğlu və Paşinyan ABŞ-dan şəxsən nəsə alacaqlar”, – Satanovski bildirib.

Teqlər: