Kəskin respirator virus infeksiyalarının səbəb olduğu xəstəliklərin profilaktikası və müalicəsi üçün tədbirlər

KRVİ – dünyada ən geniş yayılmış kəskin respirator virus xəstəliyi olub – qrip, rinovirus, koronavirus, adenovirus və tənəffüs yollarının kataral iltihabına səbəb olan digər xəstəlikləri birləşdirən qrupdur. Statistika göstərir ki, dünyada hər il 450 milyona yaxın insan bu xəstəliyə yoluxur, və 2 milyon insan bu xəstəliklərin törətdiyi fəsadlara görə dünyasını dəyişir.

Viruslar orqanizmin müdafiə sistemini əhəmiyyətli dərəcədə zəiflədir, buna görə xəstəlikdən sonra müxtəlif fəsadların yaranma ehtimalı çox yüksəkdir. Xəstəlik tənəffüs, ürək-damar və mərkəzi sinir sisteminin zədələməsinə və fəsadların yaranmasına görə təhlükəlidir.

KRVİ-yə insanlar yaşından və cinsindən asılı olmayaraq yoluxa bilər. Rinoviruslar xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar, həmçinin xroniki xəstəlikləri (ürək çatmamazlığı, şəkərli diabet, yüksək arterial təzyiq, piylənmə) olanlar üçün təhlükəlidir. Rinoviruslara yoluxma insandan insana, əksər hallarda öskürək, asqırma və ya danışarkən hava-damcı yolu ilə burun, ağız, gözlərin selikli qişasına düşən viruslar sayəsində baş verir. Viruslar selikli qişaların hüceyrələrinə daxil olaraq sürətlə çoxalmağa başlayır. Bu zaman tənəffüs yollarının selikli qişasının qoruyucu örtüyü zədələndiyindən öz müdafiə funksiyasını yerinə yetirə bilmir, nəticədə hüceyrə məhv olur və infeksiya daşıyıcısı isə yoluxucu xarakter qazanır.

KRVİ-nın müxtəlif törədiciləri rinit, faringit, tonzillit, sinusit, otit, evstaxit, larinqotraxeit, bronxit və ya pnevmoniyanın yaranmasının səbəbi ola bilər. Xəstəliyin səbəbindən, gedişatından asılı olaraq aşağıda sadalanan simptomlar müşahidə oluna bilir: bədən hərarətinin artması, titrətmə, tərləmə, asqırma, burun tıxanıqlığı və ya axması, qoxu və dad bilmənin pozulması, öskürək, tənəffüsün çətinləşməsi, boğulma, ümumi halsızlıq, baş, əzələ, oynaq ağrıları və s.

KRVİ-nın profilaktikası:

1. Əllərin tez-tez sabunla yuyulmalı, spirt tərkibli vasitələr ilə dezinfeksiya edilməli, otaqlar tez-tez havalandırılmalı və dezinfeksiyaedici vasitələrlə nəm təmizlənməli, ümumi nəqliyyat vasitələrindən minimum istifadə edilməli, əhalinin kütləvi olduğu yerlərdən uzaq olmalı.

2. Xəstə insanlarla ünsiyyətdən qaçmaq.

3. Vitaminlər və minerallarla zəngin qidaların və bol maye qəbulu vacibdir.


4. İmmun sistemi qüvvətləndirmək.

5. Virusların əsas giriş qapısı burun boşluğu olduğu üçün onların buruna daxil olmasının və burunun selikli qişasında çoxalmasının qarşısını almaq profilaktikanın əsas amillərindəndir. Bunun üçün müxtəlif gigiyenik yerli vasitələrdən (tərkibində müxtəlif bitkilərin efir yağları olan məlhəmlər, gellər, antiseptiklər, yuyucu vasitələr, sprey, dezinfektantlardan) istifadə edilməlidir. Bu yerli vasitələr virusların burun boşluğunun selikli qişasında inkişafının qarşısını almaqla, onların aşağı tənəffüs yollarına nüfuz etməsinə və virus infeksiyalarının ağırlaşmasına mane olur. O cümlədən hamilələr, uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olanlar risk qrupuna daxil olduğu üçün, bu insanlarda profilaktik olaraq burun boşluğunun gigiyenası zəruridir.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aif.ru/health/life saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!

Teqlər: