Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.
Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.