Kərim Vəliyev Silahlı Qüvvələrin yeni baş qərargah rəisi təyin olundu

Kərim Vəliyev Silahlı Qüvvələrin yeni baş qərargah rəisi təyin olundu

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.