Kərəcdə iki etirazçı haqda edam hökmü çıxarıldı

Kərəcdə iki etirazçı haqda edam hökmü çıxarıldı

İran İnsan Haqları Təşkilatları Kərəcdə daha iki məhkumun edam ediləcəyi barədə məlumat yayıb.

AzerTimes xəbər verir ki, noyabrın 30-da təkadamlıq kameralara köçürülən məhkumların kimliyi və nədə ittiham olunduqları barədə açıqlama verilməsə də, onların son etiraz aksiyalarında həbs olunduqları ehtimal edilir.

Xatırladaq ki, bir müddət əvvəl İran parlamentinin 227 nümayəndəsi etirazçılar barədə ağır, o cümlədən edam cəzasının verilməsini tələb etmişdi.

Teqlər: