Fransa Rusiyaya tribunal hazırlayır

Fransa Rusiyaya tribunal hazırlayır

Fransa avropalı və ukraynalı tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılması üzərində işləməyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Ukraynada rusların törətdiyi cinayətlərə görə cəzasızlıqla mübarizə Fransa üçün prioritet məsələdir. Buna görə də ölkə günahkarların məsuliyyətə cəlb olunmaları üçün Ukrayna prokurorluğuna və Beynəlxalq Cinayət Məhkəməsinə cinayətlərin araşdırılmasında yardım edir. Rusiyanın Ukraynaya təcavüzü cinayətinə görə xüsusi tribunal yaratmaq təklifi ilə biz avropalı və ukraynalı tərəfdaşlarımızla işə başladıq. Söhbət beynəlxalq ictimaiyyətdə ən geniş konsensusa nail olmaqdan gedir”, – məlumatda qeyd olunub.

Teqlər: