Əskipara kəndinə bitişik ərazidə, faktiki Ermənistan-Azərbaycan sərhədindən kifayət qədər aralıda müdafiə xətti yaradılır, tikinti işləri aparılır.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə erməni jurnalist Oskan Sərkisyan yazıb.
O iddia edib ki, kəndlərin Azərbaycana verilməsinə hazırlıq gedir.
“Sakinlərin bir qismi hesab edir ki, kəndin təhvil verilməsindən sonra yeni sərhəd xəttinin çəkilməsi məqsədi ilə bu işlər görülür. Hazırda işlər aparılan ərazidə yeni yaradılmış sərhədin müdafiəsi gücləndirilir. Bu kənddə həmçinin Rusiya qüvvələrinin kazarmaları da yerləşir”, – Sərkisyan bildirib.