Kənd təsərrüfatının bütün sahələrinin rəqəmsallaşdırılmasını təmin etməliyik – Nazir

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə
bır sıra strategiyalar və yeni çağırışlara reaksiya proqramları
üzrə səmərəli əməkdaşlıq edir.

Trend-in
məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun
dəstəyi ilə nazirlik tərəfindən təşkil olunmuş kənd təsərrüfatının
rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı yüksək templə
artır.

“Azərbaycan kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində
uzun yol qət edib. Biz kənd təsərrüfatının bütün sahələrinin
rəqəmsallaşdırılmasını təmin etməliyik. Bu, kənd təsərrüfatı
sektorunu gələcək transformasiyaya uyğunlaşdırmağa kömək edəcək”, –
nazir deyib.

O əlavə edib ki, rəqəmsallaşma Azərbaycanın bütün bölgələrində
aparılır.

“Azad edilmiş ərazilərdə də ən yeni texnologiyalar tətbiq
olunur”, – İ.Kərimov bildirib.

Bundan başqa, nazir Azərbaycanın nəqliyyat və logistika
mərkəzinə çevrilmə yolunda uğurlarından danışıb.

“Bu gün, tədarük zəncirləri qırıldığı vaxtda bu, xüsusilə
vacibdir. Azərbaycan bütün istiqamətlər üzrə körpüyə çevrilə
bilər”, – nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: