Kənar yollarla azad edilmiş ərazilərə daxil olmaq istəyən şəxs saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində bir nəfər Beyləqan rayon sakini idarə etdiyi “Qazel” markalı avtomobillə nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd edib.

Onun bu əməlinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxsin məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq barəsində toplanmış materiallar aiddiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Teqlər: