Qonşu ölkələr, xüsusən də Azərbaycanla münasibətlərdə prinsipimiz əməkdaşlığın inkişafına əsaslanır və biz ikitərəfli münasibətlərin istənilən müsbət inkişafını alqışlayırıq.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
Onun sözlərinə görə, bəzən münasibətlərin inkişafı prosesinə zidd olan şeylər baş verir:
“Azərbaycan hakimiyyətinə tövsiyəmiz odur ki, ümumi məsələlərə diqqət yetirsinlər və tribuna arxasında mübahisəli məsələlərdən, anlaşılmazlıqlardan danışmasınlar, mediadan dostluğu möhkəmləndirmək, qardaşlığı gücləndirmək üçün fürsət kimi istifadə etsinlər. Bu yaxınlarda biz diplomatik reaksiya göstərdik və Azərbaycan hakimiyyətinin diqqətini ümumi məsələlərə diqqət yetirməyə, anlaşılmazlıqlara yol verməməyə cəlb etdik.
Biz bu yaxınlarda Azərbaycan hakimiyyəti ilə ikitərəfli danışıqlar şəklində müsbət mesajlar almışıq və ümid edirik ki, anlaşılmazlıqların aradan qaldırılması və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün növbəti addımlar atılacaq”.