AB Mərkəzi Asiyaya “Rusiyasız yol” axtarır

AB Mərkəzi Asiyaya “Rusiyasız yol” axtarır

Avropa Birliyi Asiyaya Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizləri yaratmaq üçün Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirməlidir.

AzerTimes xəbər verir ki, bunu AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell özünün şəxsi bloqunda yazıb.

Onun sözlərinə görə, Rusiya və Çin Mərkəzi Asiyada vacib rol oynamaqda davam edirlər, amma region ölkələri münasibətlərini şaxələndirmək və AB-ni seçilmiş tərəfdaş kimi görmək istəyirlər:

“Biz regionla əlaqələrimizi dərinləşdirməli və onun enerji təchizatı, mühüm xammal və Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizləri baxımından təklif etdiyi geniş potensialdan istifadə etməliyik. Söhbət ilk növbədə Orta və Transxəzər nəqliyyat dəhlizlərindən gedir”.

Teqlər: