Kəlbəcərin bir qrup sakini doğma yurdlarına getdi

Kəlbəcərin bir qrup sakini doğma yurdlarına getdi

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Kəlbəcərin bir qrup yaşlı sakini doğma yurdlarına yola düşüb.

AzerTimes xəbər verir ki, bir qrup yaşlı sakinin jurnalistlərin müşayiəti ilə Kəlbəcər rayonuna səfəri təşkil olunub.

Tədbirin əsas məqsədi Kəlbəcərin yaşlı sakinlərinin fikirlərini gələcək nəsillərə çatdırmaq, eyni zamanda, erməni vandalizmini onların dilindən öyrənməkdir.

Bir qrup yaşlı sakin Kəlbəcər rayonunda şəhidlərimizin abidəsinin ziyarəti edəcək. Rayonun tarix-mədəni abidələrində olacaqlar.

Kəlbəcərin yaşlı sakinlərinin bəziləri İsti suya gedəcək. Rayonun Qılınclı, Nadirxanlı, Sarıdaş, Cəmilli, Dəmirçidam kəndlərində dağıdılmış qəbiristanlıqlar, təhsil müəssisələri, tarixi abidələri ilə tanış olacaqlar, Söyüdlü yaylağında fermerlərlə görüşəcəklər.

Teqlər: