Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş
ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı
və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks
tədbirlər həyata keçirilib.
Müdafiə Nazirliyindən (MN) AzerTimes-a verilən məlumata görə, şəxsi
heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi
xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma
vəziyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri
tədbirlər görülür.
Hərbi qulluqçularımız təzə və yüksək kalorili qida, eləcə də
digər təminat növləri ilə tam təmin edilib.
Azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli
təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin
sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata
keçirilən kompleks tədbirlər davam etdirilir.