Xəbər - Fərid Zöhrabov – Trend:
Bizim təkliflərimiz əsasında gələcəkdə işğaldan azad edilmiş
zonada yeni astronomik stansiya qurulacaq. Azad olunmuş torpaqlarda
infrastruktur qurulduqdan sonra işə başlanılacaq.
Bunu Trend-in
suallarına cavabında AMEA Şamaxı Astorfizika Rəsədxanasının icraçı
direktoru, professor Nəriman İsmayılov bildirib.
Onun sözlərinə görə, astronomik stansiyanın yerinin
dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim
zonası seçilməlidir. Astronomik stansiyanın Kəlbəcərdə qurulacağını
planlaşdırırıq. Stansiya Kəlbəcərdə hündür və əlverişli
yüksəkliklərdən birində qurulacaq. Çünki stansiya 3000 metrdən
yüksəklikdə yerləşməlidir. Belə yüksəkliklər Kəlbəcərdə
mövcuddur.
Twitter:@FaridZohrabov