Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldı

Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldı

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: