Kəlbəcərdə 4 nəfər minaya düşdü

Kəlbəcərdə 4 nəfər minaya düşdü

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

“Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, – DİN-in məlumatında qeyd olunub.

Teqlər: