Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı
qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış
məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik
yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç
bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə
tutub.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat
şəraiti bölmələrimizin nəzarəti altındadır.