İbrahim Əhmədova SOCAR-da yeni vəzifə verildi

İbrahim Əhmədov SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə
təyin olunub.

Trend xəbər verir ki, bu barədə İbrahim Əhmədov özü məlumat
verib.


“Daha əvvəl mən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin
təşkili idarəsinin rəis müavini vəzifəsində çalışırdım.
Şirkətimizdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın
vitse-prezidentinin müavini vəzifəsinə təyin olundum. İşim SOCAR
Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili
və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi
funksiyasını da icra edəcəyəm”, – deyə o qeyd edib.

Teqlər: