İşğaldan azad edilən Kəlbəcər yenidən qurulur.
AzerTimes xəbər verir ki, tarixi torpağımız düşməndən təmizləndikdən dərhal sonra rayonda geniş miqyaslı quruculuq işlərinə başlanılıb. Kəlbəcər yeni və müasir simasına qovuşmaqla öz sakinlərini qarşılayacaq. Ən önəmli layihələrən biri sössüz ki, Toğanalı-Kəlbəcər-İsitisu avtomobil yolunda inşa edilən tuneldir. Bu tunel Ömər aşırımının alt hissəsindən keçməklə təxminən 11.8 km məsafəni qət edəcək. Beləliklə istər Kəlbəcərin özünə, istərsə də istisu kompleksinə yeraltı tuneldən istifadə etməklə rahat şəkildə gedib-gəlmək mmkün olacaq. Hazıda 24 saat dayanmadan iş gedir. Bir digər mükəmməl layihə Kəlbəcər-Laçın avtmobil yoludur. Sözegdən avtomobil yolu Laçın Beynalxalq Hava Limanınadək uzanacaq.
Yolun ümumi uzunluğu 38 km-dir. İşlər qardaş türkiyə və yerli mütəxəssislərimiz tərəfindən aparılır. Layihəni “Kolin” İnşşat Şirkəti həyata keçirir. 2024-ci ildə Kəlbəcər-Laçın yolunun istifadəyə verilməsi nəzərdə tutulub.
Həyata keçirilən layihələr tam olaraq yüksək tələblərə cavab verməlidir. Ən xırda incəliklər belə nəzərə alınıb.
Kəlbəcərdə kiçik su elektrik stansiyaların bir çoxu isə demək olar ki, hazırdır. “Kəlbəcər 1” “Meydan” kiçik su elektrik stansiyaları istifadəyə verilib. Yeni stansiyalar Lev və digər çayların üzərində inşa olunub.
Rayonun mərkəzinə isə xüsusi diqqət ayrılacaq. Artıq vacib addımlardan biri atılıb. Kəlbəcər şəhidlərinin fotoları və abidə guşəsi hazırdır. Üç rəngli bayrağımız isə Kəlbəcərə xüsusi gözəllik verir. Qısası indi Kəlbəcər tamami ilə yenilənir. Rayona yeni nəfəs gəlib, bu torpağın sahibləri Kəlbəcəri yenidən inşa edir.