Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin keçmiş arvadı Sandra Rulovs iki ildən sonra ilk dəfə onu ziyarət edib.
AzerTimes xəbər verir ki, Rulovs bu barədə sosial şəbəkədə yazıb.
O bildirib ki, keçmiş ərini ziyarət etmək üçün psixoloji cəhətdən hazırlaşmağı 2 il çəkib.
Rulovsun Saakaşvili ilə görüşü Tiflis klinikasında baş tutub. Artıq birlikdə olmadıqlarını vurğulayan Sandra Saakaşviliyə cansağlığı və xoşbəxtlik arzulayıb.