Keçmiş məhkum anbardan 30 min manatlıq oğurluq edib

Bakıda avtomobil ehtiyatı hissələri anbarından külli miqdarda
oğurluq olub.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Xətai
RPİ-nin 36-cı Polis Bölməsinə mayın 13-dən 15-dək olan müddətdə
rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində
avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil
olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon
sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən
edilərək saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: