Keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Göyçayda keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxs
barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, qətldə təqsdirləndirilən Mirzəyev
Fərid Rza oğlunun cinayət işinin istintaq materialları baxılması
üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icratına verilib.

İş üzrə məhkəmə prosesinin vaxtı yaxın günlərdə məlum
olacaq.

Xatırladaq ki, hadisə ötən il noyabrın 16-da Göyçay rayonunun
Nərimanov küçəsindəki evdə baş verib.

Fərid Mirzəyev keçmiş həyat yoldaşı S.Ağayeva ilə Vüsal arasında
münasibətin olması və onların qeyri-rəsmi ər-arvad kimi yaşamasını
öyrəndikdən sonra onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, özü
ilə gətirdiyi bıçaqla 32 yaşlı Vüsal Məmmədova çoxsaylı zərbələr
endirib. Döş qəfəsi və qarın boşluğundan öldürücü xəsarətlər alan
Vüsal xəstəxanaya çatdırılısa da, onun həyatını xilas etmək mümkün
olmayıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanmıb. F.Mirzəyev hadisəni qısqanclıq zəminində törətdiyini
etiraf edib.

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Teqlər: